Türkiyə vətəndaşlarına bu ölkəyə səfərlə bağlı xəbərdarlıq etdi
Dünya
Türkiyənin Bağdaddakı səfirliyi ölkə vətəndaşlarını zəruri səbəb olmadıqca İraqa səfər etməməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik şəraitinin sürətlə pisləşə bildiyi bu dövrdə Türkiyə vətəndaşlarına izdihamlı meydan və toplaşma yerlərindən, Bağdadda Yaşıl Zona ətrafında etiraz aksiyalarının keçirildiyi ərazilərdən, Bağdad və Ərbil beynəlxalq hava limanları və onların ətrafından, üçüncü ölkə vətəndaşlarının tez-tez olduğu məkanlardan, açıq sahələrdən, Mosul və ətraf yaşayış məntəqələrindən, Bəsrə ətrafı bölgələrdən, həmçinin İraqın bütün hərbi zonalarından və neft yataqları kimi kritik infrastruktur obyektlərindən uzaq durmaları, şəxsi təhlükəsizliklərinə maksimum diqqət yetirmələri tövsiyə olunub.
Açıqlamada bölgədə davam edən münaqişələr səbəbindən İraq hava məkanının uçuşlar üçün bağlandığı və bu mərhələdə ən azı martın 16-dək açılmayacağı da xatırladılıb.