Türkiyə yunanlardan qaçan 48 miqrantı xilas edib

Türkiyə yunanlardan qaçan 48 miqrantı xilas edib Dünya
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində yunanlar tərəfindən yenidən Türkiyə ərazi sularına qovulan 48 qeyri-qanuni miqrant xilas edilib.

News24.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Dikili rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın tapılması xəbərindən sonra bölgəyə sahil mühafizə gəmisi göndərilib.

Mühafizəçilər yunanlar tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 48 qeyri-qanuni miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.