Türkiyədə İŞİD əməliyyatı - 17 nəfər tutuldu
Dünya
Türkiyənin Tekirdağ başda olmaqla 9 əyalətində terror əməliyyatı keçirilib.
News24.az “TRTHaber”-ə istinadən xəbər verir ki, keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 17 nəfər tutulub.
Əməliyyat İŞİD-in maliyyələşdirilməsinə qarşı istintaq tədbirləri çərçivəsində keçirilib. Tutulanlardan biri “İŞİD-in xəzinədarı” olmaqda şübhəli bilinir.
Qumral