Türkiyədə bina uçdu, dağıntılar altında qalanlar var
Dünya
Türkiyənin Kocaeli vilayətinin Gəbzə rayonunda 5 mərtəbəli bina uçub.
News24.az türk mediasına istinadla xəbər verir ki, hadisə Güzəllər məhəlləsində baş verib. İlkin məlumata görə, bina uçqunu zamanı bir neçə nəfər dağıntılar altında qalıb.
Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım qrupları cəlb olunub.
Gəbzə bələdiyyə başçısı Zinnur Böyükgöz bildirib ki, bələdiyyə qeydlərinə əsasən binada iki ailə, ümumilikdə 7 nəfər yaşayır. Lakin hadisə anında binada neçə nəfərin olduğu hələ dəqiq bilinmir.
Hazırda axtarış-xilasetmə işləri davam edir.