Türkiyədə zəlzələ nə qədər davam edib?

Türkiyədə zəlzələ nə qədər davam edib? Dünya
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan 7,4 bal gücündəki zəlzələ Türkiyənin 10 əyalətini əhatə edib.

News24.az
xəbər verir ki, 1700-dən çox binanın dağıldığı, 2 mindən çox yaralandığı və 284 nəfərin həlak olduğu zəlzələ təxminən 1 dəqiqə davam edib. 

7,4 ballıq zəlzələdən sonra ikincisi baş verdi.

Birinci zəlzələdən sonra yerli vaxtla saat 04:26-da mərkəzi Qaziantep olan 6,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. /CNN Türk/

Teymur MƏMMƏDOV