Türkiyədə əməliyyat keçirildi, 115 nəfər saxlanıldı
Dünya
Türkiyədə təhlükəsizlik orqanları ölkənin müxtəlif bölgələrində 115 nəfəri saxlayıb. Onlar İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinir.
News24.az xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun məlumatına görə, saxlanılan şəxslər Milad və Yeni il tədbirlərinə hücumlar hazırlayırdılar.
Prokurorluğun açıqlamasına görə, terror planları Türkiyə xüsusi xidmət orqanlarının fəaliyyəti sayəsində aşkar edilib. 124 ünvanda keçirilən reydlər nəticəsində 115 nəfər saxlanılıb, bir neçə şəxs hələ axtarışdadır. Əməliyyat zamanı silah və sursatlar götürülüb, istintaq davam edir.