Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu Dünya

Türkiyənin Ərzincan vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarəolunması İdarəsinin (AFAD) rəsmi saytında yer alan məlumata görəda bildirilib. Zəlzələnin episentri Ərzincanın Kemah bölgəsində yerləşib. Təkanlar yerli vaxtla saat 14:16-da baş verib.

Məlumata görə, zəlzələ 4,52 kilometr dərinlikdə qeydə alınıb. Hazırda dağıntı və ya tələfatla bağlı rəsmi məlumat verilməyib.