Türkiyədə iki gəmi toqquşdu - 10 nəfər itkin düşdü

Türkiyədə iki gəmi toqquşdu - 10 nəfər itkin düşdü Dünya

Türkiyədə İstanbulun Silivri sahillərində iki ticarət gəmisi toqquşub.

News24.az xəbər verir ki, hadisə yerli vaxtla saat 03:00 radələrində Silivridən təxminən 18 dəniz mili cənubda baş verib.

Kocaelidən Aliağaya hərəkət edən Türkiyə bayraqlı ALSU adlı ticarət gəmisi ilə İsgəndərun limanından Qara dəniz Ereğliyə gedən Türkiyə bayraqlı “Tuğberk İmamoğlu” adlı gəmi toqquşub.

Hadisədən sonra bölgəyə Sahil Təhlükəsizliyi və Sahil Mühafizəsinin çoxsaylı dəniz vasitələri, həmçinin helikopterlər göndərilib.

İlkin araşdırma zamanı ALSU gəmisində görünən hər hansı ciddi zədənin olmadığı müəyyənləşdirilib.

Digər gəmi və onun göyərtəsində olan 10 nəfərlik heyətlə isə əlaqə yaratmaq mümkün olmayıb.

Axtarış-xilasetmə işləri dəniz və havadan davam etdirilir.