Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi - 37 yeni ölüm faktı

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi - 37 yeni ölüm faktı Dünya
Türkiyədə son sutka ərzində koronavirusdan 37 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 168-ə çatıb.

Nazir bildirib ki, son 24 saat ərzində daha 1 610 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə Türkiyədə koronavirusa yoluxanların sayı 10 827-yə çatıb.