Türkiyədə “Kukla” əməliyyatı: 353 nəfər həbs edildi - — FOTO

Türkiyədə “Kukla” əməliyyatı: 353 nəfər həbs edildi - — FOTO Dünya
Türkiyə Daxili İşlər Nazirliyi 31 şəhərdə təşkilatlara silah dəstəyi təşkil edən 15 mafiya tipli mütəşəkkil cinayətkar dəstəyə qarşı geniş əməliyyata başlayıb.

News24.az musavat.com-a istinadən xəbər verir ki, kod adı “Kukla” olan həmin əməliyyat zamanı 353 şübhəlinin saxlanıldığı açıqlanıb.

İstanbul, İzmir, Adana, Diyarbəkir, Konya daxil, 31 şəhəri əhatə edən əməliyyat zamanı 354 tapança, 7 uzunlüləli tapança, 93 tüfəng, 10 min 45 patron, 28 kəsici və deşici alət, 4 ballistik jilet, külli miqdarda sintetik həb, sintetik əczaçılıq məhsulları aşkar edilərək müsadirə edilib. 52 şübhəlinin tutulması istiqamətində araşdırmalar davam etdirilir.
Türkiyədə “Kukla” əməliyyatı: 353 nəfər həbs edildi - — FOTO Türkiyədə “Kukla” əməliyyatı: 353 nəfər həbs edildi - — FOTO