Türkiyədə məktəb avtobusu qəzaya uğradı: 13 nəfər xəsarət aldı
Dünya
Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda məktəb avtobusu qəza törədib.
News24.az xəbər verir ki, hadisə nəticəsində 12 şagird və sürücü olmaqla ümumilikdə 13 nəfər xəsarət alıb.
Məlumata görə, 55 ALE 703 dövlət qeydiyyat nişanlı məktəb avtobusunun sürücüsü Şükrü T. qarşı istiqamətdən gələn traktora çırpılmamaq üçün qəfil manevr edib. Nəticədə avtobus idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Vezirköprü Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən ilkin məlumata görə, xəsarət alanların vəziyyəti stabildir və həyatları üçün təhlükə yoxdur.