Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü Dünya

Türkiyədə restorana silahlı hücum olub.

News24.az xəbər verir ki, hadisə Mersin vilayətinin Tarsus rayonunda baş verib.

Hadisə zamanı 6 nəfər ölüb, 8 yaralı var.

Yaralıların sayının artacağı istisna edilmir.

Məlumata görə, silahlı hücumu törədən 37 yaşlı şəxsdir. Müxtəlif kafe və məhəllələrdə atəş açaraq ümumilikdə 6 nəfərin ölümünə, 8 nəfərin isə yaralanmasına səbəb olub. Bildirilir ki, hadisə zamanı silahlı şəxs küçədə öz həyat yoldaşını da güllələyərək qətlə yetirib.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Şübhəli şəxsin axtarışları davam etdirilir. (Anadolu Haber)