Türkiyədə yeni qərar: Bu şəxslər cərimələnəcəklər
Dünya
Türkiyədə şəhərlərarası yollarda sərnişin və yük daşıyan ticarət nəqliyyat vasitələri üçün qış təkərlərinin istifadəsi bu gündən etibarən rəsmi olaraq məcburi olub.
News24.az xəbər verir ki, qayda bu gündən qüvvəyə minib və gələn il aprelin 15-dək tətbiq olunacaq.
Qış fəslinin təsirlərinin artması səbəbindən tətbiq edilən bu öhdəlik sürücü və yük daşıyıcılarının təhlükəsizliyini təmin etmək, həmçinin əlverişsiz hava şəraitində yollarda yaranan problemlərin qarşısını almaq məqsədi daşıyır.
Qaydaya əməl etməyən nəqliyyat vasitələri yalnız cərimələnməyəcək, həm də qış təkərləri olmadan yola buraxılmayacaq. Qeyd edilən tarixədək bütün şəhərlərarası sərnişin və yük daşıyan ticarət avtomobilləri məcburi şəkildə qış təkərləri ilə hərəkət etməlidir. Yoxlamalar zamanı tələblərə cavab verməyən təkərləri olan nəqliyyat vasitələrinin yola davam etməsinə icazə verilməyəcək.
Qış təkəri tələbinə əməl etməyən şirkət və sürücülər 5 856 türk lirəsi məbləğində inzibati cərimə ilə üzləşəcəklər. Bundan əlavə, təhlükəsizlik standartlarına uyğun olmayan nəqliyyat vasitələrinin idarə olunmasına da qadağa tətbiq ediləcək.