Türkiyədə zəhərlənən alman ailəsinin daha bir üzvü öldü

Türkiyədə zəhərlənən alman ailəsinin daha bir üzvü öldü Dünya

İstanbuldakı "Harbour Suites" hotelində zəhərlənən alman turist ailəsinin dördüncü üzvü də dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə İstanbul Səhiyyə İdarəsinin müdiri Abdullah Güner sosial şəbəkədə məlumat verib.

"Hoteldən xəstəxanaya yerləşdirilən ailənin atası Servet Böcek iki uşağı və həyat yoldaşı ilə birlikdə həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib", - o yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Amaniyadan Türkiyəyə gələn dörd nəfərlik ailə küçə yeməkləri yedikdən sonra özlərini pis hiss ediblər. Zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılan zərərçəkənlərin həyatını xilas etmək mümkün olmayıb. İki azyaşlı uşaq və anaları ölüb, bu gün isə süni nəfəs aparartına qoşulan ailənin atası da vəfat edib.