Türkiyədə zəlzələ oldu
Dünya
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Edilməsi Baş İdarəsinin (AFAD) saytında yer alıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:33-də episentri Fethiye olan 3,5 bal gücündə qeydə alınıb Zəlzələnin 23,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Yeraltı təkanlar Seydikemer rayonunda da hiss olunub.
Hadisə zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.