Türkiyəli şəhidin bu görüntüləri ürək parçaladı - VİDEO

Türkiyəli şəhidin bu görüntüləri ürək parçaladı - VİDEO Dünya

Xəbər verdiyimiz kimi, dünən Ispartada baş verən helikopter qəzasında 6 əsgər şəhid olub.

News24.az xəbər verir ki, şəhidlərdən leytenant Ceyhun Kalyoncunun qəzadan bir gün əvvəl doğum günü olub və həmin gün yoldaşları sürpriz ad günü şənliyi keçirib.

Sosial mediada paylaşılan bayram görüntülərində silahdaşlarının sürprizinə sevinən və gülümsəyən Şəhid Kalyoncunun şamları üfürdüyü anlar əks olunub.

Qeyd edək ki, şəhid leytenant Ceyhun Kalyoncu bu gün rayonda keçiriləcək mərasimdə torpağa tapşırılacaq.

Günel Məlikzadə