Türkiyənin bu bölgəsində yeraltından səslər gəlir - İNSANLAR QORXU İÇİNDƏ / FOTO

Türkiyənin bu bölgəsində yeraltından səslər gəlir - İNSANLAR QORXU İÇİNDƏ / FOTO Dünya
Türkiyənin Siirt bölgəsinini Meydandərə kəndində yeraltından gələn səslər sakinləri qorxudub.

News24.az
xəbər verir ki, kəndlilər səslərin gündən-günə artdığını iddia ediblər. 

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgədə quraşdırılan akselerometr sistemi ilə kənddəki yeraltı təkanlar 24 saat izləniləcək.

Kəndin müxtəlif nöqtələrində 48 kanallı seysmik cihazla ölçmə aparan qruplar yeraltının 100 metrinə qədər qruntun profilini təyin edəcəklər.

Bildirilib ki, qruplar Tillo rayonunun Akyayla kəndində də səslərlə bağlı araşdırma aparacaqlar. /Haber Global/

Teymur MƏMMƏDOV


Türkiyənin bu bölgəsində yeraltından səslər gəlir - İNSANLAR QORXU İÇİNDƏ / FOTO