Türkiyənin bu ərazisində zəlzələ təhükəsi: Professor xəbərdarlıq etdi

Türkiyənin bu ərazisində zəlzələ təhükəsi: Professor xəbərdarlıq etdi Dünya

Türkiyənin Osmaniyə ərazisində 4,4 maqnitudalı zəlzələnin qeydə alınması yenidən dağıdıcı zəlzələ olma ehtimalını gündəmə gətirib.

News24.az xəbər verir ki, AFAD-dan verilən açıqlamaya görə, yeraltı təkanlar 8,8 kilometr dərinlikdə qeydə alınıb. Bölgədə aktiv seysmik proseslərin davam etdiyi bildirilir və mütəxəssislər ard-arda baş verən təkanları yaxından izləyirlər.

Professor Süleyman Pampal açıqlamasında Osmaniyənin kritik zəlzələ riski altında olduğunu vurğulayıb və bölgəyə dair mühüm xəbərdarlıq edib.

AFAD-ın məlumatına görə, bu gün qeydə alınan 4,4 maqnitudalı zəlzələ son həftələrdə bölgədə müşahidə olunan seysmik aktivliyin davamıdır. Son dövrdə 3–4 maqnitudalı təkanlar tez-tez baş verir.

Xatırladaq ki, oktyabrın 19-da Osmaniyənin Sumbas rayonunda da 4,1 maqnitudalı zəlzələ olmuşdu.