Türkiyənin məşhur seriallarının yeni mövsüm tarixləri bilindi

Türkiyənin məşhur seriallarının yeni mövsüm tarixləri bilindi Dünya

Türkiyə televiziya kanallarında yeni mövsümə hazırlıq sürətlənib. Sentyabrın başlaması ilə həm tamaşaçıların tanıdığı seriallar ekranlara qayıdır, həm də yeni layihələr yayıma start verir.

News24.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara əsasən, “Taşacak Bu Deniz”, “Uzak Şehir”, “Kızılcık Şerbeti”, “Gönül Dağı”, “Güller ve Günahlar” və “ABİ” kimi serialların yeni mövsüm tarixləri açıqlanıb.

Yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq layihələr arasında “Tuzlu Kahve”, “Mercan Köşk”, “Evlilik Güzeldir”, “Haysiyet”, “Güneşin Doğduğu Yer” və “Sevdam Karadeniz” də var.

Serialların ilkin yayım tarixləri belədir:

“Tuzlu Kahve” – 1 sentyabr, Star TV
“Mercan Köşk” – 5 sentyabr, ATV
“Evlilik Güzeldir” – 7 sentyabr, TRT 1
“Haysiyet” – 8 sentyabr, Kanal D
“Güneşin Doğduğu Yer” – 10 sentyabr, ATV
“Sevdam Karadeniz” – 14 sentyabr, NOW TV

“Taşacak Bu Deniz” nə vaxt başlayır?

TRT 1-in populyar layihəsi “Taşacak Bu Deniz”in ikinci mövsümünün dəqiq yayım tarixi hələ açıqlanmayıb. Bununla belə, serialın sentyabr ayı ərzində yeni bölümlərlə ekranlara qayıtması gözlənilir.

“Uzak Şehir”in yeni mövsüm tarixi

Kanal D-də yayımlanan “Uzak Şehir” yeni mövsümlə 14 sentyabr, bazar ertəsi günü tamaşaçı qarşısına çıxacaq.

“Güller ve Günahlar” nə vaxt qayıdır?

“Güller ve Günahlar” serialının ikinci mövsümünün ilk bölümü 12 sentyabr, şənbə günü yayımlanacaq.

“ABİ” serialının yayım tarixi

“A.B.İ.” serialı yeni mövsümdə 8 sentyabr, çərşənbə axşamı günü ATV ekranlarında olacaq.

“Gönül Dağı” 7-ci mövsümlə qayıdır

TRT 1-in uzun müddətdir izlənilən serialı “Gönül Dağı”nın 7-ci mövsümü 5 sentyabr, şənbə günü başlayacaq.

“Kızılcık Şerbeti”nin tarixi hələ məlum deyil

Show TV-nin məşhur serialı “Kızılcık Şerbeti”nin beşinci mövsüm çəkilişlərinə artıq başlanılıb. Lakin yeni mövsümün ilk bölümünün dəqiq yayım tarixi hələ açıqlanmayıb. Serialın yaxın zamanda ekranlara dönəcəyi bildirilir. (demokrat.az)