Türkiyənin vitse-prezidenti İrəvanda - Foto
Dünya
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana gedib.
News24.az xəbər verir ki, onun təyyarəsi “Zvartnots” hava limanına eniş edib.
Yılmazı Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Ankara ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.
Türkiyəli siyasətçi İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Bu, Türkiyə vitse-prezidentinin Ermənistan paytaxtına ilk səfəridir.