Türkiyənin XİN rəhbəri Monteneqroya - səfər edəcək

Türkiyənin XİN rəhbəri Monteneqroya - səfər edəcək Dünya
Türkiyə xarici işlər naziri Hakan Fidanın 26-27 iyunda Monteneqroya səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, türkiyəli nazir 27 iyunda Podqoritsada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.

Nazir Fidan Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirəcək./apa/