Türkiyəyə raket atıldı - Nazirlik açıqlama yaydı
Dünya
İran tərəfindən atılan və Türkiyənin hava məkanına daxil olan ballistik raket zərərsizləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Türkiyə son doqquz gün ərzində üçüncü dəfə İran tərəfdən raket təhlükəsi ilə üz-üzə qalıb.
Bildirilib ki, ölkənin ərazisinə və hava məkanına yönələn istənilən təhdidə qarşı qətiyyətlə və tərəddüd etmədən bütün zəruri tədbirlər görülür.