Türkiyəyə tətilə getmək üçün ərinin öldürülməsinə razı oldu

Türkiyəyə tətilə getmək üçün ərinin öldürülməsinə razı oldu Dünya

Böyük Britaniyada keçmiş ərinin üzünə sulfat turşusunun atılmasına kömək edən qadın mühakimə olunacaq.

News24.az xəbər verir ki, qadın bu əmələ pul və Türkiyəyə tətilə getmək qarşılığında razı olub.

Polisin məlumatına görə, cinayət 2025-ci ilin fevral ayında Plimut şəhərində baş verib. İki nəfər gecə saatlarında 38 yaşlı kişinin evinə girərək, yatdığı yerdə üzərinə sulfat turşusu töküb. Zərərçəkən bir gözünü itirib və ağır yanıq xəsarətləri alıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

İstintaq müəyyən edib ki, hadisənin təşkilində zərərçəkənin keçmiş həyat yoldaşı Peris Uilson iştirak edib.

Cinayətin səbəbi kişinin “Frost” ləqəbli narkotik alverçisinə 120 min funt sterlinq borcunun olması imiş.

“Frost” Uilsonla əlaqə saxlayıb və qadın ona təklif olunan mükafatalrın müqabilində ərinə hücumun təşkilinə kömək etməyə razılaşıb.

Təqsirləndirilən qadın saxlanılıb və məhkəmə iclaslarında sui-qəsd faktını inkar etməyib.

Cinayətkar dəstənin rəhbəri, “Frost” kimi tanınan Rayan Kennedi isə axtarışa verilib. İstintaqın məlumatına görə, o, hazırda Dubayda gizlənir. /Daily Mail/