Türkiyəyə tur alanların nəzərinə! Hotellər bağlana bilər

Türkiyəyə tur alanların nəzərinə! Hotellər bağlana bilər Dünya

Türkiyədə bir çox hotel yeni yanğın təhlükəsizliyi tələblərinə uyğunlaşmadığı halda fəaliyyətini dayandıra bilər.

News24.az xəbər verir ki, ölkədə yanvar ayında hotellərin açılması üçün lisenziya verilmə qaydalarını sərtləşdirən yeni tələblər qüvvəyə minib.

Məlumata görə, hotel sahiblərinə bu tələbləri 31 may tarixinədək yerinə yetirmək üçün vaxt verilib.

Qərarın 2025-ci ilin yanvarında Kartalkaya xizək kurortunda baş verən və 78 nəfərin, o cümlədən uşaqların həlak olduğu faciədən sonra qəbul edildiyi bildirilir. /Ekonomim/