Uitkoff Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

Uitkoff Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək danışıqlarda iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, uitkoff əvvəlcə İsrailə səfər edəcək və Baş nazir Benyamin Netanyahu, eləcə də digər yüksək vəzifəli rəsmilərlə görüşəcək. Daha sonra isə Əbu-Dabiyə yollanacaq. Məlumata əsasən, o, Ukrayna ilə Rusiya arasında keçiriləcək növbəti danışıqlar raundunda iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio danışıqların ikinci mərhələsinin ABŞ-nin iştirakı olmadan, ikitərəfli formatda keçiriləcəyini bildirib.