Uitkoff və Kuşner Moskvaya gəlir - Kreml açıqladı
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner tezliklə Rusiyaya səfər edəcəklər.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O vurğulayıb ki, hər iki danışıqçı Kuşner və Uitkoff yaxın gələcəkdə Rusiyaya səfər edəcəklər.
Onun sözlərinə görə, Moskva səfərinin konkret tarixləri hələ müəyyən edilməyib. O qeyd edib ki, Uitkoff və Kuşner hazırda İran razılaşmasına diqqət yetirirlər.