Ukrayna 15 Rusiya vətəndaşını təhvil verdi

Ukrayna 15 Rusiya vətəndaşını təhvil verdi Dünya

Ukrayna humanitar aksiya çərçivəsində 15 Rusiya vətəndaşını Belarusa təhvil verib. Artıq ailələr sərhəddən öz ölkələrinə yola salınıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Azad edilənlərdən 12-si qadın, 3-ü isə kişidir. Əksəriyyəti yaşlı insanlardır.

Qeyd edək ki, humanitar aksiya çərçivəsində tərəflər ailələrin birləşdirilməsini və mülki şəxslərin təhlükəsiz şəkildə geri dönüşünü təmin etməyi hədəfləyir.