Ukrayna Berlini "Avropa diplomatiyasının paytaxtı" adlandırdı
Dünya
Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib ki, Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üçün orada aparılacaq danışıqlar fonunda Berlin yaxın günlərdə Avropa diplomatiyasının paytaxtına çevriləcək.
News24.az xəbər vetir ki, paylaşım onun sosial media səhifəsində dərc olunub.
"Belə yüksək səviyyəli səfərləri gizli saxlamaq çətindir. Bundan artıq heç nəyi nə təsdiqləyə, nə də inkar edə bilərəm. Kiyev cəsarətli insanların paytaxtıdır. Berlin isə yaxın günlərdə Avropa diplomatiyasının paytaxtına çevriləcək".
Onun sözlərinə görə, Avropa hərəkətə keçməlidir.
Qeyd edək ki, dekabrın 13-də "The Wall Street Journal" qəzeti ABŞ prezidentinin səfiri Stiven Uitkoffun Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirməyi planlaşdırdığını bildirib .