Ukrayna cəbhəsində silahlı humanoid robotlar test edilir
Dünya
Ukrayna yeni hərbi texnologiyaların sınaqdan keçirildiyi əsas meydanlardan birinə çevrilib. Bu texnologiyalar arasında humanoid robotlar da var.
News24.az xəbər verir ki, ABŞ-ın “Foundation” şirkəti “Phantom MK-1” adlı humanoid robotlardan ikisini fevral ayında Ukraynaya göndərərək onların döyüş şəraitində sınaqlarına başlayıb.
Məlumata görə, robotlar insanabənzər formaya malikdir, qara poladdan hazırlanıb və üz hissəsində tünd rəngli ekran yerləşdirilib.
Bu robotların müxtəlif növ silahlardan istifadə edə bildiyi qeyd edilir. Onlar tapança, ov tüfəngi və “M16 rifle” kimi silahlarla təchiz oluna bilər.
Qeyd olunur ki, “Phantom MK-1” hərbi tapşırıqlar üçün xüsusi hazırlanan ilk humanoid robotlardan biridir. Şirkət artıq ABŞ ordusu, donanması və hərbi hava qüvvələrindən ümumilikdə 24 milyon dollarlıq müqavilələr əldə edib.
Şirkətin həmtəsisçisi Mayk Leblank bildirib ki, bu robotlar ekstremal şəraitdə yorulmadan və qorxu hissi olmadan işləyə bilir. Onun sözlərinə görə, gələcəkdə belə texnologiyalar döyüş meydanında insanların yerini qismən əvəz edə bilər.