Ukrayna Dünya Bankından 2 milyarda yaxın kredit aldı

Ukrayna Dünya Bankından 2 milyarda yaxın kredit aldı Dünya

Kiyev Dünya Bankından 1,5 milyard dollar aldığını bildirib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal X sosial şəbəkəsindəki səhifəsində yazıb. 

“Ukrayna inkişaf siyasəti krediti çərçivəsində Dünya Bankından 1,5 milyard dollar alıb”, - deyə o yazıb.

O əlavə edib ki, alınan vəsait sosial və humanitar ehtiyaclar və yenidənqurma üçün büdcə xərclərini əhatə etməlidir.

Mehriban Mirzəzadə