Ukrayna ilə danışıqlarda yeni mərhələ? – Peskovdan açıqlama
Dünya
Ukrayna ilə bağlı danışıqların yeni raundu yaxın vaxtlarda keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov yeni danışıqların dəqiq tarixinin hələlik müəyyənləşdirilmədiyini qeyd edib. Kreml nümayəndəsi eyni zamanda yeni danışıqların ABŞ-də keçirilməsinin planlaşdırılmadığını da açıqlayıb. Onun sözlərinə görə, bu mövzu ümumiyyətlə müzakirə olunmayıb.