Ukrayna ilə bağlı danışıqlar iflasa uğradı, 3 illik müharibə planı hazırlanır - İDDİA
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransının yekunlarına əsasən Rusiya ilə münaqişənin daha üç il davam etdirilməsi üçün plan hazırlanması barədə göstəriş verib.
News24.az xəbər verir ki, bu iddianı “The Wall Street Journal” qəzetinin jurnalisti Boyan Pançevski “Spotify” platformasında yayımlanan podkastda irəli sürüb.
Jurnalistin sözlərinə görə, Zelenski bunu Rusiya ilə danışıqların uğur qazanacağına inanmadığı ilə əsaslandırıb.
“Məndə ən çox şübhə doğuran məsələ 12 fevral tarixində onun yaxın müşavirləri ilə keçirdiyi şəxsi görüşdür. Orada o bildirib ki, danışıqlar iflasa uğrayıb və indi onlar daha üç il müddətinə müharibə planı hazırlamalıdırlar”, – deyə Pançevski bildirib.
Jurnalistin sözlərinə görə, bu məlumat hər kəsi şoka salıb. /RİA