Ukrayna müharibəsi Avropaya yayılacaq?
Dünya
Moldovanın separatçı Dnestryanı bölgəsi Rusiyadan müdafiə istəyib. Bu səbəbdən bütün dünyada “Ukrayna müharibəsində yeni cəbhə açılırmı?” sualı yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, Dnestryanı Dnestr çayının şərq sahili ilə Moldovanın Ukrayna ilə sərhədi arasında yerləşən nazik torpaq zolağıdır.
Sovet İttifaqının dağılmasından bəri Rusiya tərəfindən dəstəklənən administrasiyalar tərəfindən faktiki olaraq idarə olunur. Bununla belə, o, həm hüquqi, həm də iqtisadi cəhətdən Moldovadan asılıdır. Region beynəlxalq səviyyədə Moldovanın bir hissəsi kimi tanınır.
Dnestryanı konqres regionda gərginliyi artıran qərar imzalayıb.
Moldovanın “artan təzyiqlərinə” qarşı “qorunması” üçün Rusiya parlamentinə müraciət edilib.
Günel Məlikzadə