Ukrayna Papanı - "qınadı"

Ukrayna Papanı - "qınadı" Dünya

Ukrayna hakimiyyəti, o cümlədən Xarici İşlər Nazirliyinin nümayəndələri Roma Papası Fransiskin Sankt-Peterburqda Katolik gənclərinin Ümumrusiya görüşündə videomüraciətində dediyi  Rusiyanın böyüklüyü haqqında söylədiyi sözlərə görə çıxışını pisləyib.

News24.az xəbər verir ki, bu barədə "The Hill" yazır.

“İrsinizi unutmayın, siz böyük Rusiyanın, müqəddəslərin və padşahların böyük ölkəsinin nəsillərisiniz”, - pontifik videomüraciətində I Pyotr və II Yekaterinadan bəhs edib.

O, həmçinin qeyd edib ki, Rusiya həmişə öz mədəniyyəti və insanlığı ilə məşhur olub.

Aydan