Ukrayna-Rusiya müharibəsi bitir? - Sonun başlanğıcı
Dünya
Ukrayna və Rusiya müharibənin sonunun başlanğıcı mərhələsindədir.
News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Financial Times” qəzatinə müsahibəsində deyib.
“Ukraynaya atəşkəs lazımdır — dünən, bu gün, sabah. Bizə fasilə lazım deyil. Bizə müharibənin başa çatması lazımdır”, — deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ Rusiyadan daha çox Ukraynaya təzyiq göstərir və güzəştlər tələb edir. Zelenski bunun dəyişəcəyinə ümid etdiyini vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, məcburi təhlükəsizlik zəmanətləri olmadan istənilən atəşkəs böyük risklər daşıyacaq, çünki müharibə yenidən başlaya bilər.