Ukrayna silahlanmada yeni mərhələyə keçir – 2026-cı ilin planı açıqlandı

Ukrayna silahlanmada yeni mərhələyə keçir – 2026-cı ilin planı açıqlandı Dünya

Ukraynada 2026-cı ildən etibarən 105 millimetrlik artilleriya mərmilərinin seriyalı istehsalına başlanılması planlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri məlumat yayıb.

Söhbət Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan Britaniya və ABŞ istehsalı 105 millimetrlik haubitsalarda istifadə edilən M1 tipli yüksək partlayıcılı qəlpəli artilleriya sursatlarından gedir.

Qiymətləndirmələrə görə, dövlət maliyyələşdirilməsi təmin olunarsa, illik istehsal həcmi 100 min atəşədək çatdırıla bilər.

“Defense Express” vurğulayır ki, bu həcmdə istehsal artıq Avropanın bir sıra ölkələrinin mövcud istehsal imkanları ilə müqayisə oluna bilər və hətta onları üstələyə bilər. Bu isə Ukraynanın Müdafiə Qüvvələrinin ehtiyaclarının bir hissəsinin daxili istehsal hesabına ödənilməsinə imkan verə bilər.