Ukrayna üçün kritik ssenari: elektrik enerjisi tələbatını ödəmək mümkün olmayacaq

Ukrayna üçün kritik ssenari: elektrik enerjisi tələbatını ödəmək mümkün olmayacaq Dünya

Ukraynada hava temperaturunun bir həftə ərzində mənfi 10 və daha aşağı olması ölkənin energetikası üçün kritik ssenaridir.

News24.az xəbər verir ki, bunu “Ukrenerqo”nun rəhbəri Vitali Zayçenko bildirib.

Onun sözlərinə görə, belə soyuq şəraitdə elektrik enerjisi tələbatını nə idxal, nə də daxili mənbələr hesabına təmin etmək mümkün olacaq.

Bununla belə, Zayçenko mövcud vəziyyətdə optimist ehtimalların olduğunu da qeyd edib.

“Əgər energetika infrastrukturuna yeni hücumlar olmasa, dörd mərhələdən çox kəsinti tətbiq ediləcəyini zənn etmirəm”, – deyə o vurğulayıb.