Ukrayna və Rusiya atəşkəslə bağlı daha bir razılığa gəldi
Dünya
Ukrayna və Rusiya MAQATE-nin vasitəçiliyi ilə Zaporojye AES yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.
News24.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi X sosial şəbəkəsində məlumat verib.
“Hazırda MAQATE-nin vasitəçiliyi ilə əldə olunmuş daha bir lokal atəşkəs qüvvədədir. Bu, Zaporojye Atom Elektrik Stansiyasının ehtiyat elektrik təchizatının bərpasına imkan verəcək. Təmir briqadalarının təhlükəsiz çıxışını təmin etmək üçün minalardan təmizləmə işləri davam edir”, – deyə baş direktor bildirib.