Ukrayna dronlarla mübarizədə Yaxın Şərqə dəstək olacaq

Ukrayna dronlarla mübarizədə Yaxın Şərqə dəstək olacaq Dünya

Ukrayna hərbi personalından ibarət 3 komanda Yaxın Şərqə göndəriləcək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

O bildirib ki, komandalar Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında gedəcək, lakin Zelenski komandaların tərkibi və missiyanın detalları barədə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, keçən həftə o, ABŞ və Yaxın Şərq müttəfiqlərinin Ukraynanın “Şahed” dronlarına qarşı təcrübəsindən faydalanmaq istədiklərini deyib.

Qeyd edək ki, Rusiya Ukraynaya ötən 4 il ərzində on minlərlə “Şahed” dronu atıb.