Kiyevə dil və din tələbi qoyuldu – Lavrovdan diqqətçəkən açıqlama
Dünya
ABŞ-nin Ukrayna üzrə 28 maddəlik planında Kiyevdən milli azlıqların hüquqlarının təmin edilməsi tələb olunur.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində danışıb.
O bildirib ki, Kiyevdən həmçinin planda dil və din azadlığını təmin etməsi tələbi yer alıb.
Lavrovun sözlərinə görə, Avropa və Kiyev isə münaqişənin nizamlanmasına dair öz planlarından milli azlıqların hüquqlarına əməl olunması ilə bağlı bəndləri çıxarıb.