Ukraynada enerji ilə bağlı həyəcan siqnalı: yeni qrafik müəyyənləşir

Ukraynada enerji ilə bağlı həyəcan siqnalı: yeni qrafik müəyyənləşir Dünya

Ukraynada elektrik enerjisinin verilişi ilə bağlı qrafiklərin daha da pisləşməsi riski var.

News24.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, vəziyyət son Rusiya zərbələri və enerji sistemində yaranan ciddi çatışmazlıqla əlaqədardır. Həmçinin, Rusiyanın yeni hücumlara hazırlaşdığı da diqqətə çatdırılıb.

Şmıqal əlavə edib ki, bütün regionlarda bərpa işləri davam etdirilir və istiliyin bərpasının mümkün olmadığı evlərdə isə elektrik enerjisi gün ərzində azı 18 saat verilməlidir.