Ukrayna ordusunda yeni qayda: Zelenski sərəncam imzaladı

Ukrayna ordusunda yeni qayda: Zelenski sərəncam imzaladı Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski 60 yaşdan yuxarı kişilərin müqavilə əsasında hərbi xidmət keçməsinə icazə verən sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sənədə əsasən, 60-dan yuxarı yaş kateqoriyasına aid vətəndaşlar bir il müddətinə hərbi xidmətə qəbul oluna biləcək. Həmçinin, müqavilənin uzadılması imkanı da nəzərdə tutulur.

Sərəncamla yanaşı, müqavilələrin bağlanması qaydası, hərbi rütbələr, xidmət müddəti və köçürülmələr də dəqiqləşdirilib. Sənəd həmçinin kursantların təlimi və xaric edilməsi, yaralananların, əsirlərin və itkin düşənlərin statusu ilə bağlı məsələləri tənzimləyir.