Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər
Dünya
Ukraynada prezident seçkiləri 2027-ci ilin yazında keçirilə bilər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib.
Qeyd edək ki, Volodimir Zelenskinin legitimliyi məsələsi onun səlahiyyət müddətinin 2024-cü ildə başa çatmasından sonra gündəmə gəlib. Rusiya dəfələrlə bəyan edib ki, legitimlik problemi həll olunmadan Ukraynanın hazırkı rəhbərliyi ilə hüquqi qüvvəyə malik sənədlərin imzalanmasının mənası yoxdur.
ABŞ prezidenti Donald Tramp da müxtəlif açıqlamalarında ziddiyyətli bəyanatlar versə də, dolayısı ilə Moskvanın mövqeyinə yaxın fikirlər səsləndirib.
Kiyev hakimiyyəti isə seçkilərlə bağlı məsələnin uzadıldığını və bu mövzuda yekun qərarın hələ verilmədiyini bildirir.