Ukraynada səfərbərlik qaydaları dəyişir
Dünya
Ukraynada səfərbərliklə bağlı islahatlar həyata keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov öz “Telegram” kanalında məlumat verib.
“Kompleks səfərbərlik islahatı üzərində işləyirik”, — deyə Fedorov bildirib.
Məlumata görə, nazirlik illərlə yığılıb qalmış problemləri həll etmək və eyni zamanda ölkənin müdafiə qabiliyyətini qorumaq üçün sistemli qərarlar üzərində çalışır.
Fevralın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Avropa İttifaqı (Aİ) bu prosesi maliyyələşdirəcəyi təqdirdə, səfərbərlikdən müqaviləli xidmət sisteminə keçidi başlatmağa hazırdır.
Qeyd edək ki, Ukraynada 2022-ci ilin fevralından etibarən ümumi səfərbərlik qüvvədədir və onun müddəti dəfələrlə uzadılıb.
2026-cı ilin yanvar ayına olan məlumata görə, hərbi xidmətə çağırışdan yayınmaya görə 2 milyon çağırış yaşında olan ukraynalı axtarışda olub.