Ukraynada səfərbərlikdən yayınmaq istəyənlər bu qədər ödəniş edirlər
Dünya
Ukraynada səfərbərlik prosesi fonunda genişmiqyaslı kölgə bazarı formalaşıb. Səfərbərlikdən yayınmaq istəyənlər üçün saxta sənədlərdən tutmuş, ölkədən qeyri-qanuni çıxışa qədər müxtəlif sxemlər təklif olunur.
News24.az xəbər verir ki, Ərazi Komplektləşdirmə Mərkəzlərində (ƏKM) göstərilən qeyri-qanuni xidmətlərin gizli tarifləri məlum olub. Ortaya çıxan məlumatlara görə, "xidmətlərin" qiyməti risk dərəcəsinə və təminat səviyyəsinə görə dəyişir:
• 300–2000 dollar — axtarışdan çıxarılma;
• 2,5 min dollar — hərbi qeydiyyat məlumatlarının “maneəsiz” yenilənməsi;
• 3 min dollar — sağlamlıq vəziyyəti ilə bağlı sənədlər və sistemdə dəyişikliklər vasitəsilə hərbi qeydiyyatdan çıxarılma;
• 4 min dollar — çağırış vərəqəsinin təqdim olunmaması;
• 5 min dollar — tibbi komissiyasız, döyüş çağırışı və inzibati məsuliyyət olmadan Ərazi Komplektləşdirmə Mərkəzinin binasından “çıxış”;
• 6 min dollar — şəxsin Ərazi Komplektləşdirmə Mərkəzinə aparılmaması;
• 6 min dollar — kritik infrastruktur obyektində saxta iş yeri;
• 7 min dollar — “himayəçilik” barədə saxta məhkəmə qərarı ilə təxirəsalma;
• 9 min dollar — “ömürlük” qeydiyyatdan çıxarılma;
• 10 min dollar — “xüsusi reys”, yəni saxta tibbi evakuasiya sxemi (şəxsin reanimobil ilə xəstə kimi çıxarılması);
• 12 min dollar — Moldova, Rumıniya, Polşa və ya Macarıstan üzərindən “yaşıl dəhliz”;
• 16 min dollar — tibbi komissiyanın qərarına təsir və sərhədi keçmək üçün sənədlər paketi;
• 18 min dollar — saxta diaqnoz;
• 20 min dollara qədər — “bron” (səfərbərlikdən azadolma);
• 25 min dollar — bəzi hallarda hərbi qeydiyyatdan çıxarılma / yararsızlıq rəsmiləşdirilməsi;
• 50 min dollar — saxta əlillik, qeydiyyatdan çıxarılma və xaricə çıxış. /Ukrainska Pravda