Ukraynada seçkilər sual altındadır – Podolyak səbəbi açıqladı
Dünya
Ukraynanın seçkilərin keçirilməsi üçün maliyyə resursu yoxdur.
News24.az xəbər verir ki, bu barədə Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, mümkün seçkilərin dəyərini parlamentdə yaradılacaq işçi komissiya hesablamalıdır, çünki seçkilər Ukrayna tərəfindən maliyyələşdirilməyəcək.
Prezident Ofisinin müşaviri vurğulayıb ki, hazırda büdcə kəsirlidir və əsas prioritetlər hərbiləşmə, eləcə də ev təsərrüfatlarının iqtisadi itkilərini kompensasiya edən sosial proqramlardır.