Ukraynada Spilberqin bu filmi qadağan edildi
Dünya
Ukraynada rejissor Stiven Spilberqin “Terminal” filmi (2004) qadağan olunub. Qadağaya səbəb filmdə rusiyalı aktyor Valeri Nikolayevin rol almasıdır.
News24.az xəbər verir ki, bununla yanaşı, rusiyalı aktyor Yuri Kolokolnikovun çəkildiyi daha dörd xarici film də qadağan siyahısına salınıb. Həmin filmlər bunlardır: Darren Aronofskinin “Cinayət başında yaxalamaq” (2025), Cey Si Çedonun “Kreyven – ovçu” (2024), Patrik Hyuzun “Mühafizəçi” (2017) və Kristofer Nolanın “Tenet” (2020).
Qadağalar Ukrayna istehsalı olan bir filmə də şamil edilib. Belə ki, “Hetman Mazepaya dua” adlı ekran işi rusiyalı aktyor Nikita Ciqurdanın iştirakına görə nümayişdən çıxarılıb.