Ukraynanın NATO planı masada: Kreml sülh danışıqlarında “xüsusi şərt”i açıqladı

Ukraynanın NATO planı masada: Kreml sülh danışıqlarında “xüsusi şərt”i açıqladı Dünya

Rusiya Ukraynanın NATO-ya üzv olmaması məsələsinin sülh danışıqlarında “xüsusi diqqət” tələb etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib: "Bu məsələ Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində əsas mövzulardan biridir".

Peskov Berlində ABŞ və Ukrayna arasında aparılan danışıqlara da toxunaraq qeyd edib ki, Vaşinqton danışıqların gedişi barədə Moskvanı fəal şəkildə məlumatlandırmır. Onun sözlərinə görə, Rusiya danışıqlar yekunlaşdıqdan sonra ABŞ-dən rəsmi məlumat gözləyir.