Şumaxer artıq yataq xəstəsi deyil

Şumaxer artıq yataq xəstəsi deyil Dünya

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer artıq yataq xəstəsi deyil.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Keçmiş yarışçı tibb bacısı və terapevtin köməyi ilə əlil arabasında hərəkət edə bilir.

Qeyd edək ki, Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb.

O, uzun müddət yatağa bağlı vəziyyətdə olub və süni tənəffüs aparatına qoşulub.