UNESCO 42 yeni obyekti Dünya İrs Siyahısına - DAXİL ETDİ

UNESCO 42 yeni obyekti Dünya İrs Siyahısına - DAXİL ETDİ Dünya

YUNESKO Ümumdünya İrs Komitəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və Təhlükədə olan Ümumdünya İrs Siyahısındakı varlıqların konservasiya vəziyyətini yoxlamaq üçün toplaşıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  YUNESKO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs obyekti qeydə alınıb.

Qeydə alınan obyektlərdən 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.

Bu rəqəmin 1982-ci ildən bəri bir seansda görülən ən böyük genişlənmə olduğu bildirilir.

YUNESKO-nun Ümumdünya İrs Direktoru Lazare Eloundou Assomo Ər-Riyadda çox səmimi qarşılandıqlarını ifadə edərək, Səudiyyə Ərəbistanına ev sahibliyi etdiyinə və mədəni və təbii irsin qorunmasına verdiyi dəstəyə görə təşəkkür edib.